Polislər patrul xidməti həyata keçirəcəklər

İtaliya hökuməti Roma və Milanda çinli polisləri patrul xidmətinə cəlb edəcək. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-ın “The Guardian”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Ancelino Anfaro bildirib. Onun sözlərinə görə, öz həmvətənlərindən olan patrul xidməti çinli turistlərin özlərini təhlükəsiz hiss etməsinə kömək edəcək. “Eksperimentin keçirilməsində məqsəd Çindən olan turistlərin rahatlığını təmin etməkdir. Əgər uğurlu alınsa, biz ölkədəki Çin icmasını nəzərə alaraq əməkdaşlığın yeni formaları barədə düşünəcəyik”, - Anfaro bəyan edib. Pekində italyan mütəxəssislərinin rəhbərliyi ilə təlim keçmiş polislər Çin vətəndaşlarının onları tanıya bilməsi üçün Çində qəbul edilmiş formalar geyinəcəklər. Patrul xidmətinin əməkdaşları zərurət olduğu təqdirdə, İtaliya hüquq-mühafizə orqanlarına informasiya verəcək və həmvətənlərinin yerli hakimiyyət nümayəndələri ilə əlaqə qurmalarına yardım edəcəklər.
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










