Polislərdən 80 manat tələb edilməsi videosu ilə bağlı - DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə polisin aylıq xərac istənilməsinə dair videogörüntü yayılıb.
Görüntülərdə Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) vəzifəli şəxsi polislərdən adambaşına 80 manatdan pul gətirmələrini istəyir.
Məsələ sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub.
Avtosfer.az bildirir ki, yayılan videogörüntülərlə bağlı oxu.az-ın sorğsuna cavab olaraq DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, "TikTok”da yayılan görüntülərdən məlumatlıdırlar:
"Bu görüntülər qərəzlidir, məqsədli olaraq sosial şəbəkələrə ötürülüb. Bu, 3 il əvvəl Sabirabad RPŞ-nin Post-Patrul bölüyünün iclasında bir müddət bundan öncə daxili işlər orqanlarından mənfi motivlərə görə xaric olunan əməkdaş tərəfindən çəkilib. Həmin iclasda bir yubiley tədbirinin təntənəli keçirilməsi üçün bölük əməkdaşlarının təşəbbüsü olub. Lakin sonradan tədbir baş tutmayıb. Görüntüdə əks olunan bölük komandiri olub”.
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO










