Polislərin poqonlarını qopartdılar

Bakının Binəqədi rayonunda, Ş.Məmmədov küçəsində yerləşən və artıq məşhur olan “Oazis” restoranında əsl döyüş filminin ssenarisi reallaşıb. Belə ki, martın 5-də saat 23.00-da restoranın iki müştərisi – 1986-cı il təvəllüdlü Ağdam rayon sakini və əvəllər məhkum olmuş Mehdiyev Elçin Vahid oğlu və 1986-cı il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Elçin Əli oğlu dava salıblar. Dava zamanı polis əməkdaşlarını döyən sərxoşlar, onların xidməti formasının paqonlarını qoparıblar. Avtosfer.az xəbər verir ki, bu barədə sputnik-ə Binəqədi rayon Polis İdarəsindən bildiriblər.
Rayon Polis İdarəsinin əməkdaşları - 1994-cü il təvəllüdlü Əliş Məmmədzadə, 1989-cu il təvəllüdlü Orxan Sultanov və 1988-ci il təvəllüdlü Elşən Xuduşov asayişi pozanları sakitləşdirməyə çalışıblar. Amma sakit olmaq əvəzinə xuliqanlar Sultanovu və Məmmədzadəni yumruqlamağa başlayıblar. Göstərilən müqavimətə baxmayaraq, cinayətkarlar saxlanılıb və adıçəkilən rayonun 5-ci polis bölməsinə gətiriliblər. Amma saxlanılan şəxslər orda da sakit dayanmayıblar. Bölmənin qarşısında onlar Fiat Doblo markalı polis avtomobilinin yan şüşələrini sındırıblar. Dava salanların üçüncüsü 1987-ci il təvəllüdlü Bakı sakini Məmmədov Nicat Nazim oğlu özü polis bölməsinə gələrək serjant Cahid Mahmudovu döyüb. Nəticədə hər üç davakarı polis əməkdaşları barmaqlıq arxasına salıblar.
Axtarış zamanı saxlanılan şəxslərin üstündən narkotik maddə tapılıb. Belə ki, Mehdiyevin üzərində 5,75 qram marixuana, Elçin Məmmədovun üzərində 5,37 qram marixuana, Nicat Məmmədovun üstündə isə 0,231 qram heroin aşkar edilib.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA










