Polkovnik general oğlunun maşınlarından danışdı

Eyni dövlət nömrə nişanının iki fəqli avtomobildə istifadəsi qanunla qadağandır. Avtosfer.az xəbər verir ki, bu sözləri axar.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Prezident İlham Əliyevin dünən verdiyi sərəncamla vəzifəsindən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucovun oğlu, avtobus sürücüsünü döydüyü üçün həbs edilən Rüstəm Orucovun iki fərqli markalı avtomobili eyni dövlət nömrə nişanı ilə idarə etməsinin qanunsuz olmasından danışan V.Əsədov xatırladıb ki, bir dövlət nömrə nişanı ancaq bir avtomobilə məxsus ola bilər:
“Bir dövlət nömrə nişanının iki fərqli avtomobildə istifadə edilməsi qatiyyən yolverilməzdir. Bu mümkün olan bir şey deyil. Qanun buna icazə vermir. Bir maşına fərqli nömrələr bağlamaq da qadağandır, eyni nömrəni iki fərqli maşında istifadə etmək də”.
V.Əsədov bildirib ki, belə qanunsuzluqları adətən sürücülər özləri edirlər:
“Bəzən olur ki, sürücü bir nömrəni bu maşından açıb o biri maşına vurur, digər maşından çıxarır bu maşına vurur. Bunun inzibati xəta tərkibi var. Əgər belə bir şey varsa, təbii ki, araşdırılıb, sahibi barədə qəti tədbir görülməlidir. Yolda belə bir hal qeydə alındığı təqdirdə mütləq müdaxilə edilir”.
Qeyd edək ki, dünən vəzifəsindən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucovun oğlu Rüstəm Orucov həbs edilib. O, avtobus sürücüsünü döyməkdə təqsirlndirilir.
R.Orucovun 10 OG 300 dövlət nömrə nişanlı avtomobili idarə etdiyi müəyyən olunub. Maraqlı məqam odur ki, yayılan fotolarda R.Orucovun bu dövlət nömrə nişanı iki fərqli maşınında görüntülənir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












