Polkovniki güllələyənlərin olduğu “Lexus” iş adamının oğlunundur

Oktyabrın 14-də bıçaqlanan Müşfiq Mədətov hələ də polisin nəzarətindədir. Saxlanılaraq Səbail Rayon Polis İdarəsinə yerləşdirilən M.Mədətov artıq 2 gündür ki, oradadır. Onun sərbəst buraxılacağı yaxud hansısı əməlinə görə ittiham edilərək məhkəməyə çıxarılacağı bəlli deyil.
Xatırladaq ki, M.Mədətovu bıçaqlayan şəxslərin tutulması üçün əməliyyat keçirilən zaman şübhəli şəxslər Səbail RP-nin rəis müavini, polkovnik Orxan Axundzadəni ayağından güllə ilə vurub qaçıblar. Daha sonra keçirilən geniş əməliyyat zamanı, Mədətovu bıçaqlayıb polisi güllələyən 3 nəfər – Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənov saxlanılıb. Onlar xuliqanlıqda, adam öldürməyə cəhddə və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham edilirlər.
***
Azərbaycan prezidentinin mühafizə xidmətinin keçmiş əməkdaşı Müşfiq Mədətov və dostu sərbəst buraxılıb. Bu barədə haqqin.az məlumat yayıb.
***
“Qafqazinfo” M.Mədətovu bıçaqlayanlara qarşı keçirilən əməliyyat zamanı rəis müavini, polis polkovniki Orxan Axundzadəni güllələyən şəxslərin olduğu 90-LT-997 dövlət nömrə nişanlı “Lexus” markalı maşının sahibinin kimliyini öyrənib. Məlum olub ki, avtomobil Rüfət Azad oğlu Abdullayevə məxsudur. Etibarnamə ilə isə Emin Həsənov idarə edib. Sözügüdən şəxs Mədətova və rəis müavininə xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb.
***
Bu arada qeyd edək ki, Rüfət Abdullayevin atası Azad Abdullayev tanınmış biznesmendir. Mediada "Hafka"nın ortağı kimi təqdim olunan Abdullayevlə bağlı dəfələrlə məlumat yayımlanıb. Sonuncu dəfə iş adamı oğlu Rüfət Abdullayevin “Maserati”sinin yanması ilə gündəmə gəlmişdi.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










