Polşada 26 nəfər şaxtalı hava şəraitinin qurbanı olub

Polşada şaxtalı hava şəraiti qurbanlarının sayı artmaqda davam edir. "Report" xəbər verir ki, bu barədə TASS ölkə polisinin saytına istinadən məlumat yayıb. Qeyd edilir ki, ötən həftələr ölkədə Skandinaviyadan gələn soyuq hava kütləsi hökm sürüb. Havanın hərarəti hətta gündüzlər nadir hallarda mənfi 10 dərəcədən yuxarı qalxıb. Gecələr isə mənfi 20-30 dərəcədən də aşağı düşüb. Polşa polisinin saytında bildirilib ki, ötən gün ərzində ölkədə 3 nəfər şaxtalı hava şəraitinin qurbanı olub. Martın 1-də daha 2 nəfər şaxtanın qurbanı olub. Ümumilikdə fevralın 23-dən davam edən şaxtalı hava şəraitində 26 nəfər kəskin hava şəraitinin qurbanı olub. Ölkənin Su Təsərrüfatı və Meteorologiya İnstitutu şaxta ilə əlaqədar artıq neçə gündür davamlı olaraq təhlükənin birinci səviyyəsi xəbərdarlığını ləğv etmir. Xəbərdarlıq ölkənin bütün ərazisində qüvvədədir. Eyni zamanda sinoptiklər yaxın günlərdə soyuq hava şəraitinin başa çatacağını proqnozlaşdırır.
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










