"Porsche" ilə ananı öldürən uşağın atasının biznes imperiyası - FOTO

"Porsche" markalı 99 BS 999 dövlət nömrə nişanlı avtomobili ilə 24 yaşlı iki uşaq anası Xəyalə Məmmədovanı vurub öldürən 16 yaşlı Ağəli Fərəclinin atasının biznes imperiyası haqda məlumat yayılıb. Avtosfer.az big.az-a istinadən xəbər ki, A.Fərəclinin atası Füzuli Fərəcov "Mohito" və "Paradise" klublarının, Novxanıdakı "Kalyon" restoranının sahibidir, Bakıda "Bentli Füzuli" kimi tanınır. Buna səbəb iş adamının şəhərdə ilk "Bentli" maşınına sahib olması ilə izah edilir. Bakıxanov qəsəbəsində yerləşən, iş adamına məxsus "Texas" restoranına görə isə ona el arasında "Texas Fizuli" də deyirlər. Son zamanlar isə Bakıxanov qəsəbəsində inşa etdiyi 3 mərtəbəli "Mohito" və Binəqədi rayonu Dağıstanlı küçəsində tikdirdiyi 3 mərtəbəli "Paradise" gecə klubu ilə məşhurdur. İnteryeri Svarovski daşlarla bəzədilmiş "Paradise" klubunun tikintisi iş adamına bir neçə milyona başa gəlib.


İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












