"Porsche" ilə gənc ananı öldürən uşağın taleyi necə olacaq? - HAZIRDA EVDƏDİR

Bir neçə gün əvvəl Bakının Sabunçu rayonunda yetkinlik yaşına çatmayan oğlanın "Porsche" markalı avtomobillə gənc qadını vurub öldürməsi hadisəsindən sonrakı proseslərlə bağlı bəzi məsələlər aydınlaşıb. Hadisəni törətmiş və barəsində Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə iş açılmış 2001-ci il təvəllüdlü Fərəcli Ağaəli Füzuli oğlu hazırda Bakıdadır və istintaq nəzarəti altındadır. Onun barəsində məhkəmə tərəfindən hər hansı qərar çıxarılmayıb. Bununla belə, Sabunçu Rayon Polis İdarəsi istintaq dövründə A.Fərəclinin ölkədən çıxmaması və istintaqdan yayınmaması ilə bağlı onun valideynindən yazılı iltizam alıb. Avtosfer.az xəbər verir ki, bu barədə lent.az-ın əldə etdiyi məlumata görə, Bakıxanov qəsəbəsindəki bir sıra restoran və klublarda tez-tez görünən 16 yaşlı Ağaəli hadisədən sonra həmin yerlərə baş çəkməyi dayandırıb. Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu hadisə ilə bağlı birgə məlumat yayıb. Həmin məlumatda bildirilir ki, 3 may 2017-ci il tarixdə naməlum avtomobilin sürücüsü Sabunçu rayonu ərazisində hərəkətdə olarkən piyada Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb. X. Məmmədova aldığı bədən xəsarətlərindən 3 saylı şəhər kliniki xəstəxanasında vəfat edib. Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb. Daha sonra 263.2-ci maddə 263-1.3-cü maddəyə tövsif edilib. Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Porsche" markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili idarə edən azyaşlı Ağaəli Fərəcli tərəfindən törədilməsi müəyyən edilib. Həmçinin vurğulanıb ki, cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış A.Fərəclinin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs - Nadir Məmmədov (ad və soyad şərtidir) tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə - azyaşlı oğlu A.Məmmədova verdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












