“Porsche” ilə törədilən qəza işinin müstəntiqi: “Dindirib, buraxdıq”

Bakıda 14 yaşlı biznesmen oğlu Ağaəli Fərəcovun "Porşe” ilə 24 yaşlı Xəyalə Məmmədovanı vurub öldürməsi barədə xəbər vermişdik. Avtosfer.az xəbər verir ki, bu barədə işin istintaqını aparan müstəntiq Elnur Həsənli unikal.org-a danışıb. O, bildirib ki, Ağaəli Fərəcov yetkinlik yaşına çatmadığı üçün dindirələrək buraxılıb: "Hələlik Xəyalə Məmmədovanın meyiti morqda daxili ekspertiza olunduğu üçün ailəsinə təhvil verilməyib. Mərhumun ailəsi (həyat yoldaşı və anası) və qohumları da oradadır. X.Məmmədovanın dəfni üçün hazırlıq görülür. Yol nəqliyyat hadisəsi ilə bağlı istintaq gedir. Hadisənin törədilmə şəraiti səbəbi və digər məsələlər araşdırılır. Vuran şəxs dindilrilib. Yetkinlik yaşına çatmadığı üçün buraxılıb”. Müstəntiq A.Fərəcovun cərimə olunmasına gəlincə, bildirib ki, bunu istintaq göstərəcək: "Araşdırma başa çatdıqdan sonra detallar bəli olacaq”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












