"Porsche"dən silah-sursat tapıldı

Rusiyanın şimal paytaxtı hesab edilən Sankt Peterburqda azərbaycanlılar saxlanılıb. Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Krasnoselsk rayonunda qeydə alınıb. Polis yüksək sürətlə hərəkət edən bahalı maşını - "Porsche Cayenne"ni saxlayıb. Sürücü bu zaman piyadalara yol verməyib. Maşında 50 və 31 yaşlı Azərbaycan vətəndaşları, eləcə də 44 yaşlı peterburqlu bir kişi olub. Məlumata görə, 31 yaşlı sürücü maşını saxlamaq istəyən polisə müqavimət göstərib, təhqir edib. Maşında aparılan axtarış zamanı onun nə üçün avtomobili saxlamaq istəməməsinin səbəbi bəlli olub. Belə ki, polis lüks maşında qeydiyyatsız silah və döyüş sursatı aşkar edib.
Saxlanılan şəxs barəsində cinayət işi açılıb. "Maşında olan 3 nəfər ərazi polis idarəsinə aparılıb. Onların silah saxlamaq üçün icazələri olmayıb", - deyə polis idarəsindən bildirilib. Maşında olan 3 nəfər əvvəl məhkumluq həyatı yaşayıb.
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?












