“Post-Sovet ölkələrində texnoloji inkişafla qanunvericilik bir-birinə ziddir” - İQTİSADÇI

Son illərdə əmək bazarında bir çox mühüm dəyişikliklər baş verməkdədir. Texnologiyanın iş dünyasına daxil olması, avtomatlaşdırma, süni intellekt və digər yeniliklərin tətbiqi iş dünyasında struktur dəyişikliklərinə səbəb olub. Bu dəyişikliklər həm peşəkar bacarıqların tələblərini, həm də iş mühitindəki mövqeləri dəyişdirib.
Gələcəkdə hansı sahələrdə ən çox yeniliklərin olacağı yeni bacarıqların hansı istiqamətlərdə tələb olunacağı və texnologiyanın iş dünyasındakı rolunun necə formalaşacağı barədə hansı proqnozlar var?
Avtosfer.az xəbər verir ki, iqtisadçı ekspert Sahib Məmmədov texnoloji inkişafın, xüsusən də informasiya texnologiyaları (İT) sahəsindəki yeniliklərin əmək bazarında ciddi dəyişikliklərə səbəb olduğunu bildirib.
Məmmədovun sözlərinə görə, 10 il əvvəl distant işin nadir hallarda rast gəlinən bir hadisə olduğunu lakin bu gün bu iş şəraitinin artıq geniş yayıldığını qeyd edib:
"Bu gün bir çox peşələr yeni avadanlıqların və texnologiyaların tətbiqi nəticəsində arxa planda qalır və yerini yeni peşələrə verir. İnsanlar daha çox sərbəst işləmə şəraiti ilə cəlb olunur və artıq ənənəvi daimi iş yerləri azalmaqdadır. “Freelancer”lərin əmək bazarında sayı artmaqdadır".
Ekspert həmçinin bildirib ki, başqa bir trend də iş vaxtının qısaldılmasıdır. Bu yanaşma işçinin verdiyi iş həcmini eyni səviyyədə saxlamaq şərti ilə tətbiq edilir:
"Bu, ümumiyyətlə iş yerində daha çox effektivlik əldə etməyə yönəlmiş bir yanaşmadır. Lakin post-Sovet ölkələrinə baxdıqda burada qanunvericiliyin texnoloji inkişafla uyğunlaşmadığını görürük. Əmək müqavilələrinin tənzimlənməsi və digər hüquqi məsələlərdə qanunvericilik texnoloji inkişafla arasındakı boşluğu hələ də aradan qaldıra bilmir. Bu isə ciddi problemlərə yol açır".
Sahib Məmmədov bu sahədəki dəyişikliklərin əmək bazarını daha çevik və fərqli istiqamətlərə yönəltməyə başladığını vurğulayıb.
Eltac Zülfüqaroğlu
Ramazan ayının altıncı gününün duası - İmsak və iftar vaxtı
“Plug-in” hibrid avtomobillər rəsmi rəqəmlərdən daha çox yanacaq sərf edir - ARAŞDIRMA
Bu yolda dələduzlar peyda olub; maşını saxlayıb ... - Sürücülərin nəzərinə
Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır
Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib? – Elə adlar çəkildi ki…
Kəmaləddin Heydərovun iki general müavini vəzifəsindən azad edildi - RƏSMİ
Təlim, yoxsa təhlükə? - Yollarda yeni problem
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ










