Prezident 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq edib

Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq edib. Bu barədə dövlət başçısının saytına yerləşdirilən məlumatda bildirilir. Ötən il dövlət büdcəsinin gəlirləri 17 milyard 505,7 milyon manat təşkil edib və proqnozlar 104,1% icra olunub. 2016-ci ildə dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi ÜDM-in 29%-ni təşkil edib. Dövlət büdcəsinin gəlirləri 2015-ci il ilə müqayisədə 1%-ə yaxın və ya 7 mln. 714,8 min manat artıb.
Dövlət büdcəsinin xərcləri 17 mlrd. 751,3 mln. manat təşkil edib. Proqnozlar - 96% səviyyəsində icra olunub. 2016-ci ildə dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi ÜDM-in 29,4%-ni təşkil edib.
2016-ci ildə dövlət büdcəsinin faktiki kəsiri 245 mln. 604 min 134 manat və ÜDM-in 0,4% təşkil edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












