Prezident avtobus faciəsi ilə bağlı xüsusi komissiya YARATDI

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Qazaxıstanda içərisində bu ölkənin vətəndaşları olan avtobusun yanması və çoxsaylı insan tələfatı ilə bağlı xüsusi hökumət komissiyası yaradıb. Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, artıq Özbəkistan Müdafiə Nazirliyinin təyyarəsi Qazaxıstanda avtobus qəzasında həlak olanların nəşini gətirmək üçün Aktobeyə uçub. Təyyarədə Hökumət Komissiyasının üzvləri, Özbəkistan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, həkimlər, Xarici İşlər Nazirliyinin əməkdaşları var. Qazaxıstan prezidenti Nursultan Nazarbayev hadisə ilə bağlı Özbəkistanın prezidenti Şavkat Mirziyoyevə başsağlığı verib.
Qeyd edək ki, Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində 52 nəfər ölüb. Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulovun sözlərinə görə, "İkarus” markalı avtobus hərəkətdə olarkən alışıb. Yanan avtobusdan yalnız beş nəfər sağ çıxa bilib.
Hadisə Çimkənt-Samara avtomobil trasında baş verib. Özbəkistandan Rusiyaya gedən avtobusda 54 Özbəkistan və 3 Qazaxıstan vətəndaşı olub. Ölənlərin hamısı Özbəkistan vətəndaşlarıdır.
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB










