Prezident: "Azərbaycan 2030-cu ilədək yük tranzitinin həcmini 25 milyon tonadək artıracaq"

"Azərbaycan öz ərazisindən keçən tranzit yükdaşımalarının həcmini 25 milyon tonadək artırmağı planlaşdırır".
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.
"Bu gün biz Azərbaycan ərazisindən yüklərin daşınmasına artan tələbat görürük. İstər "Şərq-Qərb", istərsə də "Şimal-Cənub" istiqamətində olsun. Biz bu iki mühüm marşrutun kəsişməsində yerləşirik. Yeri gəlmişkən, biz hər iki nəqliyyat dəhlizində fəal iştirak edən azsaylı ölkələrdən biriyik. Bu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcmi 16 milyon tona çatacaq, lakin bizim məqsədimiz 2030-cu ilə qədər bu göstəricini 25 milyon tona çatdırmaqdır. Ola bilsin ki, bu göstərici hər iki - "Şərq-Qərb" və "Şimal-Cənub" istiqaməti üzrə hətta daha yüksək olsun", - dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, bunun üçün Azərbaycan qonşuları və Mərkəzi Asiya ölkələri ilə fəal əməkdaşlıq edir.
İlham Əliyev qeyd edib ki, ötən ilin noyabrından Azərbaycan Mərkəzi Asiya Dövlətlərinin Məşvərət Şurasının tamhüquqlu üzvüdür: "Bu, həqiqətən də misilsiz bir hadisədir, çünki coğrafi baxımdan biz Qafqazda yerləşirik, lakin artıq siyasi, iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik".
O vurğulayıb ki, nəqliyyat sisteminin və gömrük inzibatçılığının rəqəmsallaşdırılması, eləcə də Azərbaycanda daşımalar sahəsində investorlar üçün aydın və anlaşılan qaydalar və normalar ölkənin potensialını gücləndirir: "Hətta regionumuzda geosiyasi vəziyyət dəyişsə və beş il əvvəlki halına qayıtsa belə, biz tədarükçülər üçün yenə də cəlbedici qalmalıyıq".
Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO












