Prezident bacısı qızının bu görüntüsünə görə üzr istədi - VİDEO

Qırğızıstan prezidenti Sadır Japarov bacısı qızı Ləzzat Nurkojoyevanın evlilik təklifi videosuna görə üzr istəyib. "Unikal" xəbər verir ki, “Kabar” dövlət xəbər agentliyinə müsahibəsində prezident bu təklif üçün Fövqəladə Hallar Nazirliyinin helikopterinin icarəyə götürülməsini tənqid edənləri haqlı sayıb: “Əgər o, prezidentin qohumu olacaqsa, bu barədə düşünməli idi ki, özü tənqidə məruz qalmasın, prezidenti bu vəziyyətə salmasın. Məncə, bu, sadəcə, gəncliyin təzahürü idi. Evlilik təklifini daha təvazökar etmək olardı, əgər onlar bir-birini sevirlərsə, o zaman etiraz da olmazdı”, - deyə dövlət başçısı bildirib.
Japarovun fikrincə, dövlət başçısının yaxın qohumları nümunə göstərməli, israfçılıq etməməlidir. Eyni zamanda, o, bacısı qızının hərəkətinə görə vətəndaşlardan üzr istəyib.
“Əminəm ki, o, tənqidi dinləyib nəticə çıxaracaq. Ailə həyatı qurmağa hazırlaşır və indi öz hərəkətləri barədə əvvəlcədən düşünəcək”, – deyə prezident bildirib.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










