Prezident daha bir avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Yevlax rayonunda Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun açılışında iştirak edib. Avtosfer.az xəbər verir ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin hesabına bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də Yevlax rayonunun Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolu layihəsidir. “Azəravtoyol” Aşıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, uzunluğu 18 kilometr olan avtomobil yolu yenidənqurmadan sonra istismara tam hazırdır. Layihə çərçivəsində yolda torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə xüsusi material tökülərək bərkitmə işləri görülüb. Dördüncü texniki dərəcəyə uyğun yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərinin eni hər iki istiqamət üzrə 1,5 metrdir. Layihə çərçivəsində yolboyu müxtəlif diametrli 16 su borusunun tikinti işləri aparılıb, 360 təhlükəsizlik dirəyi, 118 yol nişanı və göstərici lövhələr quraşdırılıb. Həmçinin 25 kilometr uzunluğunda yol cizgi və yol göstərici xətləri çəkilib. Qeyd edilib ki, 8 min nəfərin yaşadığı altı kəndi birləşdirən Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun tikintisi əhalinin gediş-gəlişini rahatlaşdıracaq, yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq. Ən əsası isə avtomobil yolu ilə Mingəçevir-Bəhramtəpə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla əhalinin yetişdirdiyi məhsulları qısa müddətdə bazarlara çatdırmaq imkan yaranacaq. Bu isə öz növbəsində həmin bölgədə kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonra xatirə şəkli çəkdirilib.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT











