Prezident dənizlə adanı birləşdirən körpünün açılışını etdi - FOTO

Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı körpüsü və yanaşma yollarında görülən işləri əks etdirən stendə baxdılar.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verdi ki, dəniz dalğaları Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarırdı. Bunun qarşısını almaq üçün Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Pirallahı adasını sahillə birləşdirən yeni müasir körpü inşa edilib. Layihənin icrası nəticəsində gəmilərin körpünün altından sərbəst hərəkəti təmin olunub. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 422, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.
Pirallahı körpüsünə girişdə yanaşma yolunun uzunluğu 1,1 kilometrdir. Yolun köhnə eni 7 metr olub, yenidənqurmadan sonra 25 metrə çatdırılıb. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 16 metrdir. Pirallahı körpüsündən çıxışda yanaşma yolunun uzunluğu isə 850 metrdir. Bu yolun eni 15, hərəkət hissəsinin eni isə 12 metrdir.
Qeyd edək ki, dövlət başçısının tapşırığı ilə Bakı və Bakıətrafı qəsəbələrdə abadlıq və quruculuq işlərinin tərkib hissəsi olan yolların müasirləşdirilməsi layihələri bu gün uğurla icra edilir. Son dövrlərdə Azərbaycanda reallaşdırılan mühüm yol-nəqliyyat layihələri nəticəsində həm ölkə əhəmiyyətli, həm də şəhər, rayon, qəsəbə və kənddaxili yollar müasir səviyyədə yenidən qurulur. Bu layihələr paytaxtın bütün rayon və qəsəbələrini, o cümlədən Pirallahını əhatə edir. Bu layihənin icrası paytaxtın, eləcə də Bakının qəsəbə və kəndlərinin sakinlərinin sosial məsələlərinin həlli istiqamətində atılan addımların ardıcıl xarakter aldığını bir daha nümayiş etdirir. Bundan sonra rayon sakinləri Pirallahını sahillə birləşdirən daha təhlükəsiz yol infrastrukturundan istifadə edəcəklər. Bu körpünün istifadəyə verilməsi həm də, ümumilikdə, paytaxtımızın yol-nəqliyyat sisteminin müasirləşdirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.
Dövlət başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsdi.
Elməddin
Yaşlı əhalinin sosial təminatı sahəsində hansı problemlər var? – SOSİOLOQ AÇIQLADI
“Qurtuluş 93”ün yamaqlı yolları sürücüləri təngə gətirib – Yığılan pullar hara sərf olunur? - VİDEO
“AccessBank” müştərilərini saxta faiz başlıqları ilə aldadır? - İDDİA
Zelenskinin Qafqaza səfəri Rusiyanı niyə narahat edir? - POLİTOLOQ
Bakının bu küçəsi bağlı olacaq - Sürücülərin nəzərinə! - FOTO
Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır
Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA
Paytaxtın 19 küçəsində sıxlıq var - SİYAHI
"Güzgüyə ancaq üz qırxanda baxırlar" - Yollarda təhlükəsizliyi nələr təhdid edir? - VİDEO
Xaricdə təhsilə maraq artır, amma hər universitetin diplomu ölkədə tanınmır – TƏHSİL EKSPERTİ
İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO





















