Prezident gəmiləri işə saldı - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakı gəmiqayırma zavodunda “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə inşa edilən “Üfüq”, “Zəfər” və “Turan” sərnişin gəmilərinin istismara verilməsi mərasimində iştirak edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlət başçısına zavodda inşa edilən gəmilər barədə məlumat veriblər. Prezident gəmilərin istismara verilməsini bildirən lenti kəsib.
Sonra İlham Əliyev “Üfüq” sərnişin gəmisinin istismara verilməsini bildirən düyməni basıb.
Qeyd edək ki, hazırda Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Xankəndi” sualtı tikinti gəmisinin inşası aparılır. Gəmiçiliyin strategiyasına müvafiq olaraq, Xəzərdən kənar sularda fəaliyyətin genişləndirilməsi məqsədilə yaxın vaxtlarda hər birinin 5500 ton yükgötürmə qabiliyyəti olan altı quru yük gəmisi istismara veriləcək. Bununla da Xəzərdən kənarda, Qara və Aralıq dənizləri hövzələrində Azərbaycan bayrağı altında üzən gəmilərimizin sayı 11-ə çatacaq.
Gəmilərlə yaxından tanış olan İlham Əliyev kollektivə uğurlar arzulayıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
































