Prezident hamilə qadını yanan maşının içərisindən çıxardı

Gürcüstan prezidenti Georqi Marqvelaşvili yolda yanan maşının içərisində olan hamilə qadını xilas edib. “Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə hadisənin şahidi olan rejissor Qiqi Kitiya “Facebook”da yazıb. “Mən dəhşətli qəzanın şahidi oldum. Hamilə qadının idarə etdiyi maşın yanacaq doldurma stansiyasına yaxın ərazidə digər avtomobillə toqquşdu, nəticədə maşın yanmağa başladı. Hamilə qadını avtomobildən xilas etməyə çalışan isə prezident oldu. O, öz təhlükəsizliyini düşünmədən maşınındakı yanğınsöndürən alətindən istifadə etməyə çalışdı. Daha sonra ətrafdakıların köməyilə qadın huşsuz vəziyyətdə avtomobildən çıxarıldı. Mən baş verənləri lentə aldım, lakin görüntüləri yaymaq hüququm olmadığın düşündüm”, - Kitiya bildirib.
Onun sözlərinə görə, insidentin görüntüləri yaxın zamanlarda telekanallardan birində yayımlanacaq.
Qeyd edək ki, xəbəri prezidentin mətbuat xidməti və mühafizə xidməti təsdiqəyib.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI













