Prezident İlham Əliyev İpək Yolu ilə bağlı bir sıra təkliflər irəli sürüb

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında İpək Yolu ilə bağlı bir sıra təkliflərlə çıxış edib. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, dövlətimizin başçısı bildirib ki, Azərbaycanda bütün əsas nəqliyyat infrastruktur layihələri dövlət büdcəsindən və Dövlət Neft Fondundan maliyyələşdirilib: "Çünki birincisi, özəl sektorun investisiya yatırmaq üçün kifayət qədər vəsaiti yox idi və ikincisi, bu, strateji və uzunmüddətli investisiya idi. Bu investisiyalar uzun illər ərzində özünü doğruldacaq və gəlir gətirəcəkdir. Buna görə dəmir yolu infrastrukturu, Xəzər gəmiçiliyi, hava yolları, yollar, İpək Yolu - hər şey dövlət vəsaiti hesabına edilir. Lakin bu, özəl sektor üçün də imkanlar yaradır.
Mən Bakıda yeni limanın tikintisini qeyd etdim. Bizim artıq azad zona kimi bir neçə min hektar torpaq ərazimiz var və bu, dəniz limanının yaxınlığında yerləşir. Bütün yerli və xarici şirkətlər bu layihədə iştirak etməyə və istehsal prosesinə qoşulmağa dəvət olunurlar. Eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrində xüsusi sənaye zonaları təşkil etmək üçün biz xüsusi infrastruktur yaradırıq və orada su, qaz, elektrik enerjisi, yollar, dəmir yolu olduqda özəl sektor artıq investor qismində iştirak edir. Bundan sonra onlar bu işlərə cəlb olunurlar. Beləliklə, biz özəl sektora yaxşı şərait yaratmağa və onlar üçün çox ağır olan maliyyə yükü qoymamağa və infrastruktur yaratmaqla özəl sektoru stimullaşdırmağa çalışırıq".
İlham Əliyev qeyd edib ki, bu gün bir çox ölkələr İpək Yolunun müxtəlif seqmentlərinə diqqət yetirir: "Biz bilirik ki, İpək Yolu qlobal layihədir. Ona görə də mənim təklifim İpək Yolu üzərində yerləşən, İpək Yoluna qoşulmaq istəyən, lakin ola bilsin, ona yaxın olmayan bütün ölkələrin nazirlərinin görüşünün təşkil edilməsi, layihənin yenidən nəzərdən keçirilməsi və nə vaxt, nəyi etmək lazım olması - qrafik, hədəflər, həyata keçirilmə ilə bağlı konkret qərarların qəbul edilməsi və bütün ölkələr arasında əlaqələndirmə qurumunun yaradılması, ildə bir dəfə görüşün keçirilməsi və layihənin icrasına nəzarət olunmasından ibarətdir".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












