Prezident İlham Əliyevin qaldığı hoteldə təxribat törədənlərdən birinin kimliyi BƏLLİ OLDU - FOTO

Xaricdə yaşayan bir neçə azərbaycanlı ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəyib.
Onlar kifayət qədər qeyri-etik davranışlar sərgiləyərək təhlükəsizlik kordonunu yarmağa və zorla hotelə daxil olmağa cəhd göstəriblər.
Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları isə vaxtında və adekvat tədbir görərək ölkəmizin adını batıran vətən xainlərini zərərsizləşdiriblər.
Avtosfer.az xəbər verir ki, ölkəmizə qarşı təxribat törədənlərdən birinin kimliyi məlum olub.
Bu antimilli ünsür Amerikada yaşayan “TikTok”er, “Adil Black” ləqəbli Adil Əmrahlıdır.
Qeyd edək ki, Adil Əmrahlı xarici xüsusi xidmət orqanlarının əlində oyuncağa çevrilən, dövlətinə və xalqına xəyanət edən Tural Sadıqlının “Youtube” kanalında canlı yayına çıxaraq ölkəmiz əleyhinə neqativ və aşağılayıcı fikirlər səsləndirməsi ilə tanınır. Görünür o da, xarici kəşfiyyatlar tərəfindən ölkəmizə qarşı “Verbovka” edilən xainlərdən biridir.
Bundan başqa Adil Əmrahlı Amerikada yaşayan və ölkəmizi pisləyən videoları və söyüş ritorikası ilə tanınan “TikTok”er Əli Rəhimli ilə də dostluq əlaqələrinə malikdir.
Bütün bu faktlar onu göstərir ki, dövlətinə və xalqına qarşı çıxan antimilli ünsürlər öz “ağa”larının qucağında oturaraq Azərbaycanın adını ləkələmək və nüfuzumuza xələl gətirməklə məşğuldurlar. Ancaq arzuları ürəklərində qalacaq, çünki xalq və dövlət birliyi buna heç vaxt imkan verməyəcək./konkret.az

Bu küçədə hərəkət çətinləşib: Sürücülər çuxurlardan qaça bilmir - VİDEO
Vaşinqtondakı çirkin təxribat cəhdinin arxasında kimlər var? - ADLAR AÇIQLANDI - VİDEO
Bu yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Azərbaycanda elektron siqaretlərlə bağlı yeni cərimələr
Kremlin Cənubi Qafqazda gücü zəifləyir; ABŞ region ölkələri ilə əməkdaşlığı artırır - POLİTOLOQ
Bakı metrosunda pik saatlarda YENƏ PROBLEM: Qatarda nasazlıq yarandı, interval xeyli artdı
Binəqədidə kanalizasiya suyu yola axdı; qurum hərəkətə keçdi - FOTO
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
Prezidentin təhlükəsizlik xidməti və ABŞ polisi təxribatın qarşısını belə aldı - VİDEO
Prezident Sülh Şurasının ilk iclasında iştirak edib - FOTOLAR
Kabusa çevrilən yolda ağır qəzaların səbəbi nədir? - DYP-dən AÇIQLAMA - VİDEO









