Prezident köməkçisinin ilginc səfəri: hərbi təyyarə və gülləkeçirməz avtomobillər

ABŞ prezidentinin köməkçisi Co Baydenin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə sabah planlaşdırılan səfəri diqqət mərkəzindədir. Səfərin bir özəlliyi də Amerikadan gələn heyətin mühafizəsi məqsədilə görülən təhlükəsizlik tədbirləri olub. Avtosfer.az cebhe.info-ya istinadən xəbər verir ki, ABŞ-dan nümayəndə heyətindən əvvəl iki hərbi təyyarə, 5 gülləkeçirməz avtomobil gətirilib. Avtomobillər təyyarədən endirilərkən əşyalar digər avtomobillərə yüklənib. Təyyarədəki bəzi səlahiyyətlilər və mühafizəçilər isə avtobuslara mindirilib. Baydenin səfərdə istifadə edəcəyi əşyaları, avtomobilləri, nümayəndə heyətinin bəzi üzvləri və mühafizəçiləri gətirən ABŞ-a aid iki yük təyyarəsi günorta saatlarında Atatürk Hava limanına enib.
Qeyd edək ki, Türkiyəyə səfərə gələn Bayden cümə günü prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək. ABŞ rəsmisinin baş nazir Əhməd Davudoğlu ilə görüşəcəyi gözlənilir.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












