Prezident: “Nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi əhəmiyyətini artırır”

“2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən iqtisadiyyat olub. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 40-cı yerdədir”.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki , bu sözləri IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, Azərbaycanda neftdən sonrakı dövr başlayıb: “Bu, hasilatın azaldılması ilə deyil, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlıdır. Heç kim buna hazır deyildi. Biz fəal şəkildə işləməliydik ki, bunun mənfi təsirlərini azaldaq. İndi maliyyə durumumuz sabitdir. Büdcəmiz neftin bir barelinin 25 dollar olması əsasında hesablanıb. Bizim Dövlət Neft Fondunda kifayət qədər ehtiyatlarımız var. Biz düzgün istiqamətdəyik, hazırda iqtisadiyyatda şaxələndirmə ilə məşğuluq”.
Prezidentin sözlərinə görə, Azərbaycan nəqliyyat şəbəkəsi yaradır: “Azərbaycanın coğrafi mövqeyi mühümdür, bu, nəqliyyat infrastrukturunu inkişaf etdirməyə imkan verir. Şərq-Qərb dəhlizi işə başlayıb, inanırıq ki, gələn il Bakı-Tbilisi-Qars dəmir yolu işə salınacaq. Biz vahid nəqliyyat xətti yaratmağa çalışırıq. Digər vacib nəqliyyat dəhlizi Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi əhəmiyyətini artırır, inkişafımıza xidmət edir”.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA










