Prezident Olimpiya çempionuna zəng etdi

Azərbaycan prezidenti İlham Əliyev avqustun 21-də Rio-de-Janeyro Olimpiadasında qızıl medala layiq görülmüş taekvondoçumuz Radik İsayevə telefonla zəng edib. Avtosfer.az-ın məlumatına görə, prezident İlham Əliyev bildirib ki, Radik İsayevin bu inamlı qələbəsi bütün Azərbaycan xalqını sevindirib. Dövlət başçısı qeyd edib ki, Radik İsayev əvvəllər də sübut edib ki, o taekvondo üzrə öz çəki dərəcəsində dünyada ən güclü idmançıdır. O, həm dünya çempionatında qələbə qazanıb, indi də Olimpiya çempionu adına layiq görülüb.
İlham Əliyev idmançımızı səmimi qəlbdən təbrik edib, ona yeni-yeni uğurlar və qələbələr arzu edib. Dövlət başçısı onun təbriklərini idmançının məşqçisinə də çatdırmağı xahiş edib.
Radik İsayev təbriklərə görə dərin təşəkkürünü bildirib. Qeyd edib ki, bu qələbəni prezident İlham Əliyevin Azərbaycanda idmana göstərdiyi böyük diqqət və qayğı nəticəsində əldə etmək mümkün olub.

Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü










