Prezident suda boğulan qızları belə xilas etdi - VİDEO

Gündəm 17 Avqust 2020 23:59
Prezident suda boğulan qızları belə xilas etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Portuqaliya prezidenti Marselu Rebelu de Souza okeanda batan iki qızı xilas edib. Avtosfer.az xəbər verir ki, hadisə Alqavare çimərliyində qeydə alınıb.

Məlumata görə, prezident yerli telekanala müsahibə verən zaman, sahil yaxınlığında kanoenin çevrilməsi nəticəsində iki qızın boğulduğunu görüb və o, dərhal onların köməyinə gedib.

71 yaşlı portuqaliyalı lider, hidrosikılla köməyə gedən sahil mühafizəsinin xilasedicisi ilə birgə onların yanına çatıb və birlikdə qızlara kömək edərək sahilə çıxıblar.

Daha sonra qızlar bildiriblər ki, onlar başqa çimərlikdən kanoe ilə gəliblər və içərisində olduqları üzmə qurğusu çevrilib. Suya düşdükdən sonra isə onlar həyəcanlanaraq nə üzə, nə də ki, kanoeyə çıxa biliblər.

Marselu Rebelu de Souza, hamını okeanda çimərkən diqqətli və ehtiyatlı olmağa çağırıb.

Yerli KİV-n məlumatına görə, qızlar hadisə zamanı xəsarət almayıblar.

 

Namiq Musayev

 

 

Oxunub : 1638
ŞƏRH YAZ
Ad

E-mail

Şərh