Prezident tapşırıq verdi - İrana yardım göndərildi

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq İran İslam Respublikasına humanitar yardım göndərilir. Yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə yola salınır.
Avtosfer.az xəbər verir ki, humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları daxildir. Bu barədə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət Departamentinin direktoru Emil Həsənzadə məlumat verib.
Onun sözlərinə görə, göndərilən yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.
E.Həsənzadə bildirib ki, humanitar yardım yüklənmiş avtomobillər artıq yola salınır və qısa müddətdə təyinat yerinə çatdırılacaq.
Qeyd olunub ki, humanitar yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.
Humanitar yardım karvanını Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının məsul vəzifəli şəxsləri Niyazi Rəhimov və Qurban Sadıqov İranın Astara şəhərinədək müşayiət edirlər.
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR
Ramazan ayının on doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Taksi sürücüləri çətin hava şəraitində qiymətləri qaldıra bilməyəcəklər – Nazirlik qadağan etdi
Hökumətdən nüvə təhlükəsi ilə bağlı addım – QƏRAR İMZALANDI
İranın məşhur generalı İsrailə qaçdı
BƏƏ ilk dəfə İrana zərbə endirib
Fransızları qabaqlayan azərbaycanlı qadın - FOTOLAR










