Prezident təyyarə qəzası ilə bağlı İran prezidentinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev bu gün İranda baş verən təyyarə qəzası ilə bağlı iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib. Avtosfer.az-ın məlumatına görə, prezident İlham Əliyev İrand sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri olduqca kədərləndiyini bildirib.
Dövlət başçısı baş vermiş bu faciə ilə əlaqədar İran prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, bu gün İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub. Qəza nəticəsində sağ qalan olmayıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












