Banner

Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanıldı

Maraqlı 12 Dekabr 2025 10:41 Oxunub 182
Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dubayın Cumeyra və Umm-Suqeym rayonlarında "WeRide" pilotsuz taksilərinin hələlik yalnız sürücünün iştirakı ilə test rejimində kommersiya istismarına başlanıb,

Avtosfer.az xəbər verir ki, bu barədə Dubay hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Dubay Yollar və Nəqliyyat İdarəsi bu gündən etibarən "Uber" tətbiqi vasitəsilə ictimai robot taksi üzrə pilot layihənin işə salındığını elan edir", – açıqlamada qeyd olunub.

Bildirilib ki, layihənin həyata keçirilməsini "WeRide" və "Uber Technologies" şirkətləri təmin edib. Belə taksiləri "Uber" tətbiqi vasitəsilə sifariş etmək mümkündür. Qeyd olunub ki, test rejimindən tam xidmət rejiminə keçid 2026-cı ilin əvvəlində planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh