Prezident yanında Apellyasiya Şurası yaradıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında fərman imzalayıb. Avtosfer.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərmana əsasən, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə Prezident yanında Apellyasiya Şurası yaradılıb.
Fərmanla “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi” təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Prezident yanında Apellyasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirləri görmək tapşırılıb.
Fərmanla Nazirlər Kabinetinə Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və icrası barədə beş ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










