Prezidentdən sərt mesaj - “Məmur ailə üzvlərini idarə edə bilmirsə...”

“Öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmuru vəzifədən çıxarılacaq”. Avtosfer.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib. Dövlət başçısı qeyd edib: “Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcəkdir. Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır”.
İlham Əliyev bildirib ki, məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar: “Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın”.
Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucov oğlu Rüstəm Orucovun avtobus sürücüsünü döyməsi səbəbindən prezidentin sərəncamı ilə vəzifədən azad edilib.
Elmin
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA










