Prezidenti 11 min polis qoruyacaq

Rusiya prezidenti Vladimir Putinin dekabrın 15-16-da Yaponiyaya planlaşdırılan səfəri zamanı təhlükəsizliyin təmin olunmasına 11 mindən çox polis əməkdaşı cəlb ediləcək. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş Polis İdarəsi məlumat yayıb. Səfər zamanı polislərin hərəkətini əlaqələndirmək üçün idarə yanında xüsusi qərargah yaradılıb.
Səfərin ilk gününün Yaponiyanın baş naziri Şinzo Abenin kiçik vətəni Yamaquçi prefekturasının Naqato şəhərində keçəcəyi bildirilir. Həmin şəhərə qonşu rayonların əməkdaşları da daxil olmaqla, 4100 polis əməkdaşı göndəriləcək.
Səfərin Tokioda keçiriləcək ikinci günündə isə təhlükəsizliyin təmin olunmasına paytaxt polisinin 7 mindən çox əməkdaşı cəlb ediləcək. Həmin günlərdə Rusiya səfirliyinin, ticarət nümayəndəliyinin, TASS-ın Yaponiya bürosunun və digər nümayəndəliklərin yerləşdiyi binalar xüsusi mühafizə olunacaq.
Rusiyanın yüksək vəzifəli rəsmilərinin Yaponiyaya səfərləri adətən ultrasağ millətçi qüvvələrin fəallaşması ilə müşayiət olunur. Onlar səsgücləndiricilərin quraşdırıldığı təbliğat avtobuslarında hərəkət edərək, gurultulu mitinqlər təşkil edirlər. Bu isə küçələrin bağlanmasına və nəqliyyatın hərəkətinə maneələrin yaranmasına səbəb olur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












