Prezidentin fərmanı yerinə yetirilmir - İcra nümayəndəsi saytın adını eşidib telefonu söndürdü - ARAŞDIRMA

Ölkə başçısı İlham Əliyevin 22 iyun 2022-ci ildə verdiyi fərmana əsasən, Buzovnada çimərlik ərazilərinin hasarlanmasının qarşısı alındı. Lakin Prezidentin fərmanının digər hissəsi ilə bağlı tələblər yerinə yetirilmir.
Avtosfer.az xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən və “təbiət abidəsi” olaraq bilinən Buzovna qayalığı 20 ilə yaxın müddətdir ki, məmurlar və sahibkarlar tərəfindən zəbt edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qayalığa təbiət abidəsi statusu 2 may tarixli sərəncamla ilə verilib. Həmçinin qayalıq ərazi dövlət təbiət abidələrinin siyahısına daxil edilib.
Bundan sonrakı işlərin (abidənin mühafizəsi, bərpası və istifadəsi üzrə nəzarət və s.) icrası üçün nazirliyin Bakı şəhəri üzrə regional idarəsi ilə Xəzər Rayon İcra Hakimiyyəti arasında müqavilə imzalanmalıdır. Amma rayon icra hakimiyyəti müqavilənin imzalanmasını yubadır, bundan imtina edir.
Bir neçə gün əvvəl Buzovna Qayalığı Dövlət Təbiət Abidəsi ərazisində məlumat lövhəsi və davranış qaydalarına dair nişanlar yerləşdirilib.
Məlumat lövhəsində qayalığın iki hissədən ibarət olduğu göstərilib. 1-ci hissədə qayaların ləpədöyəndə, 2-ci hissədə isə quru sahəsində yerləşdiyi qeyd edilib. Ləpədöyən hissənin uzunluğu 1305 metr, quru sahəsi isə 4,7 hektardır.
Buzovna sakinləri deyir ki, lövhələri Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırlayıb, sakinlər və yerli icra nümayəndəliyinin işçiləri quraşdırıblar. Ərazidə cəmi 15 lövhə yerləşdirilib.

Buzovna qayalığının üzərindəki restoranların təbiət abidəsinə vurduğu ziyana gəlincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən başqa heç bir qurum məsələnin həlli istiqamətində addım atmır.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da saytımızın adını eşidən icra nümayəndəsi Gülbala Qurbanov telefon zəngini üzümüzə bağladı, daha sonra isə heç bir halda zənglərimizə cavab vermədi.

Məsələnin öz həllini tapması üçün mövzunu aktual saxlayacaq, qurumlardan mövqe aldığımız təqdirdə məlumatları yeniləcəyik.
Səfər
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










