Prezidentin sarayını bombalayan pilotdan şok etiraflar: FETÖ-yə 2005-ci ildə qoşulmuşam

Türkiyədə çevrilişə cəhd edənlər arasında yer aldıqdan sonra Türk Silahlı Qüvvələrindən xaric edilib tutulan pilot növbəti dəfə ifadə verib. Avtosfer.az xəbər verir ki, ifadəsində prezident kompleksinin qarşısını bombaladığını etiraf edən pilot Müslim Macit bu dəfə FETÖ-yə necə qoşulduğunu etiraf edib. Ankara Prokurorluğu Macitin ilk ifadəsini incələyərkən əskik məqamların olduğu qənaətinə gələrək ondan yenidən izahat alıblar. Macit ifadəsində hadisənin çevriliş olduğunu əvvəlcədən bildiyini dilə gətirib: "Hadisə günü Hasan Hüsnü Balıkçı hökumətin bizi bir-bir vəzifədən uzaqlaşdıracağını, hətta bəzi generalların işdən çıxarıldığını dedi və bildirdi ki, "bu işi" görməliyik. Bu zaman çevriliş olacağını anlamışdım. Cevriliş baş tutmadı və mən 14 gün boyunca tutulmadım. Televizorda atdığım bombalardan insanların öldüyünü gördüm, lakin bu barədə heç kimə demədim".
FETÖ təşkilatına necə qoşulduğunu bildirən pilot deyib: "Alparslan, Ramazan, Mehmet adlı şəxslərlə 2005-ci ildə tanış olmuşam. Soyadlarını, ünvan və iş yerlərini bilmirəm. Mən litseydə oxuyurdum və universitet tələbəsi olan bu şəxslərin yanına hazırlığa gedirdim. Mən hərbi məktəbə hazırlaşırdım. O zaman Gazi Universitetində oxuyan Mehmet hazırlaşdırdığı hər kəsin hərbi məktəbə getməsini istəyirdi. 2005-ci ildə imtahana girdim və hava qüvvələri bölümünü qazandım. Sonralar da Mehmetlə görüşməyə başladım və o, məni Mustafa adlı "cemaat" üzvü ilə tanış etdi. Mustafa həftədə bir dəfə İstanbula gəlir, mənimlə fərqli ünvanlarda görüşürdü. Dini kitablar oxuyub Fətullah Gülənin dini videolarını izləyirdik. 4-cü kursa qədər bir çox FETÖ üzvü ilə tanış oldum. Məzun olub təyinat aldıqdan sonra isə maaşımızın 15 faizini "cemaat"ə verirdik.
2011-ci ildə zabit olmaq üçün akademiyə imtahanına girəcəkdim. Yeni tanış olduğum Mahmud adlı şəxs bir SD gətirdi və diqqətli şəkildə izləməyimi istədi. İmtahan suallarının hamısı SD-də yer alırdı. Nəticədə yüksək balla imtahandan keçdim. Bizə dedilər ki, bu yaxşılığımızın əvəzini qaytarmalısınız". // Musavat.com
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












