Prezidentin saytına saniyədə 4 milyondan çox hücum olub - RƏSMİ

Azərbaycan ərazisində antiterror tədbirlərinə başlayandan bəri bir sıra dövlət qurumlarının saytlarına kiberhücumlar olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (İCSD 2023) bildirib.
"Təkcə Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox DDoS (Denial-Of-Service Attack) hücum qeydə alınıb”, - T. Məmmədov qeyd edib.
Onun sözlərinə görə, XRİTDX-in mütəxəssisləri onların qarşısını alır: “Bu istiqamətdə fəaliyyətimizi gücləndirilimiş rejimdə davam etdiririk”.
Xatırladaq ki, Azərbaycanın sentyabrın 19-20-i tarixlərində keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olublar. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!










