Prezidentin tabutunda daha iki nəfərin bədən qalıqları aşkarlanıb

Rusiyanın Smolensk vilayəti ərazisində baş vermiş təyyarə qəzasında ölən Polşanın keçmiş prezidenti Lex Kaçinskinin tabutunda daha iki nəfərin bədəninin fraqmentləri aşkar edilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Polşa baş prokurorunun müavini Marek Paşonek Varşavada mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hazırda prokurorluq faciə qurbanlarının qalıqlarının başqa-başqa təbutlarda dəfn olunmasında Rusiya həkimlərinin təqsirinin olub-olmadığını araşdırır. Qeyd edək ki, son günlərdə Polşa KİV-ində Smolensk faciəsinin qurbanlarının tabutlarında da digər ölənlərin bədənlərinin hissələrinin aşkarlandığına dair məlumat yayılıb. Eksqumasiya təyyarə qəzasının səbəblərinin yenidən araşdırılması çərçivəsində həyata keçirilir. İlk olaraq, 2016-cı ilin noyabr ayında prezident Lex Kaçinski və həyat yoldaşı Mariyanın qalıqları məzardan çıxarılıb. Artıq iki nəfərin başqa adla dəfn olunduğu müəyyənləşib. Bu proseslə əlaqədar prokurorluq təxminən daha 70 nəfərin qalıqlarını məzardan çıxarmalı olacaq. M.Paşonekin sözlərinə görə, eksqumasiya işləri 2018-ci ilin aprel ayında başa çatacaq. Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi 2010-cu ildə "Smolensk-Severnıy" aeroportuna eniş etməyə hazırlaşarkən qəzaya uğrayıb. Katında yas mərasiminə gedən təyyarənin göyərtəsində olan 96 nəfərin - 88 sərnişin və 8 ekipaj üzvünün hamısı ölüb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












