Prezidentlər Bakıdan Türkiyəyə qatarla gedəcək

Türkiyə Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən keçəcək ilk rəsmi qatar reysinin 30 oktyabrda Bakıdan başlanacağını bildirib. “Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, nazir dəmiryolu xəttində sınaqların davam etdiyini, son və əsas mərhələnin yekunlaşmaq üzrə olduğunu deyib: “Dövlət başçımız Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan rəsmilərinin iştirakı ilə 30 oktyabrda Bakıdan ilk rəsmi qatar səfərinə başlanılacaq. Qatar Qarsa qədər gələcək. Sonra buradan yükü hara aparmaq istəsələr, buyursunlar, istər Aralıq dənizi olsun, istər ölkəmizin ən qərb ucuna, istərsə də Avropaya. Beləliklə, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xətti rəsmən açılacaq”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












