"Prius" sürücülərini SEVİNDİRƏCƏK XƏBƏR - AÇIQLAMA

Azərbaycanda taksilərlə bağlı yeni qərarın qəbul edilməsi buraxılış ili 15-dən yuxarı olan avtomobil sahibləri, xüsusən də "Toyota Prius" markalı maşınların sürücülərini çıxılmaz vəziyyətə salıb.
Avtosfer.az bildirir ki, artıq "Prius" markalı avtomobillərin kütləvi satışı ilə bağlı görüntülər yayılmağa başlanılıb.
Lakin "Prius" sürücüləri üçün satacaqları avtmomobilin puluna yeni maşın almaq mümkünsüz görünür. Bu vəziyyətdə həmin sürücülərə müəyyən güzəştlərin edilməsi gündəmə gəlib.
"Prius" sürücülərinə gələcək hər hansı güzəştlərin edilə biləcəyi ilə bağlı millət vəkili Aydın Mirzəzadəyə müraciət etdik. Deputat BAKU.WS-ə bildirib ki, həm dövlət, həm də özəl banklar tərəfindən "Prius"la taksi fəaliyyəti göstərən şəxslərə müəyyən təkliflər edilməsi mümkün ola bilər:
"Məqsəd Bakının müasirliyini gücləndirmək, paytaxtı turistlərin maraqla gəzdiyi şəhərə çevirməkdir. Bu istiqamətdə çox işlər görülüb və taksi də bunlardan biridir. Nəzərə almaq lazımdır ki, turistlər taksidən çox istifadə edirlər. Ona görə taksi xidmətinin keyfiyyətini qaldırmaq üçün təkliflər irəli sürülüb.
Taksi şirkətləri və fərdi avtomobil sahiblərinə vaxt verilmişdi. 3 ay kifayət edir ki, bu müddətdə
müvafiq addımlar atılsın.
Buraxılış tarixi 15 ildən çox olan aşağı keyfiyyətli avtomobillərin əksəriyyəti şirkətlərə və həmin avtomobillərdən alıb icarəyə verən şəxslərə məxsusdur. Buna görə həmin şirkətlər ilk növbədə dəyişiklik etməlidir. Bu şirkətlərdən bəzisi yeni tələblərə uyğun avtomobil sifariş edirlər.
Digər tərəfdən "Pirus" markalı avtomobili olan fərdi şəxslər müəyyən problem yaşayırlar. Hələlik vaxt var. Fikrimcə, bu insanların işinin problemlərinin həlli istiqamətində addımlar atıla bilər.
Hesab edirəm ki, həm dövlət, həm də özəl banklar tərəfindən "Prius"la taksi fəaliyyəti göstərən şəxslərə müəyyən təkliflər verilsin. Bu sürücülərin banklardan müəyyən güzəştlərlə avtomobil almaq üçün kreditlər götürməsi bankların gəlir əldə etməsinə də təsir göstərəcək.
Bunu da nəzərə almaq lazımdır ki, həmin şəxslərə Azərbaycanın yerli istehsalı olan avtomobillər də güzəştli şərtlərlə satıla bilər. Rusiyanın "LADA" avtomobillərinin ölkədə istehsal ediləcəyi açıqlanıb. Mümkündür ki, bu şirkətlər müəyyən güzəştli təkliflər edə bilər".
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO
Yaşlı kişi avtobusda ona yer verməyən əlil gəncin qucağında oturdu - VİDEO
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI








