Banner

Professor İlham Rəhimov şəhid Elşad Məmmədovun övladını himayəyə götürdü - FOTO

Gündəm 19 İyul 2020 13:53 Oxunub 1896
Professor İlham Rəhimov şəhid Elşad Məmmədovun övladını himayəyə götürdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tovuz rayon Ağdam kənd sakini, baş əsgər kimi hərbi xidmətdə olan Elşad Məmmədovun qəhrəmancasına şəhid olmasından yeddi gün keçir.

Bu gün keçirilən mərasimdə "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu da iştirak edib.

Şəhidinizin məzarı ziyarət edilib, ailəsinə başsağlığı verilib.

Rauf Arifoğlu şəhidimizin atası Dönməz Məmmədovla söhbət edib, problemləri ilə maraqlanıb.

Avtosfer.az xəbər verir ki, Rauf Arifoğlu Musavat.com-a deyib ki, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov şəhidimiz Elşad Məmmədovun yeddi aylıq övladı Məhəmmədi 18 yaşınadək himayəyə götürüb.

Bunun üçün Ağdam kəndinə özünün xüsusi nümayəndəsini göndərən İlham Rəhimovun bu qərarı ailə başçısına elan edilib, mexanizmi müzakirə edilib.

Həmçinin Rauf Arifoğlu bildirib ki, İlham Rəhimov şəhidimizin ailəsinin bundan sonra qarşılaşacağı problemlərin həllinə də öz dəstəyini göstərəcək.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh