Prokuror 65 yaşlı qadını vurub öldürən sürücüyə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elgün İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror E. İbrahimova 6 illik həbs cəzası istəyib.
Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Tarif Nəsirov müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Proses yanvarın 24-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Elgün İbrahimov idarə etdiyi "Opel" markalı avtomobillə 65 yaşlı qadını vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












