Prokuror ər-arvadı vurub öldürən keçmiş DSMF əməkdaşına cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əhəd Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, Ə. Həsənovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses dekabrın 13-də davam etdiriləcək. İttihama görə, Ə. Həsənov 14 sentyabr 2017-ci il tarixdə Hacıqabul rayonu ərazisində idarə etdiyi "İnfiniti G37" markalı avtomobillə yolu keçmək istəyən İmran Ağayev və onun həyat yoldaşı Rəqiyyə Əzizovanı vurub. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ə. Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Ə.Həsənov Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin Sosial Sığorta sektorunun məsləhətçisi olub.
Bölgələrdə sürücülərin tez-tez qəza törətməyinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO










