Prokuror həmkarını öldürmək istəyən taksi sürücüsünə ağır cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Rövşən Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdırıldığı elan edilib. Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında R.Hüseynovun 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası dekabrın 1-nə təyin edilib. Qeyd edək ki, hadisə bu il Bakıda "Koroğlu" metrostansiyasının yaxınlığında baş verib. Taksi sürücüsü olmuş R.Hüseynov həmkarı Tahir Daşdəmirovla əvvəl mübahisə edib. Nəticədə o, T.Daşdəmirovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Araşdırma zamanı məlum olub ki, R.Hüseynovun müştəriləri Mərdakana 1 manata aparması T.Daşdəmirova xoş gəlmiəyib. T.Daşdəmirov hər gün Mərdəkana işlədiyini və 1 manata müştəri aparmağın düzgün olmadığını deyib. T.Daşdəmirov R.Hüseynovun maşınında olan müştəriləri düşürtmək istəyib. Bundan sonra tərəflər arasında mübahisə düşüb. Daha sonra qanlı hadisə baş verib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan R.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsədən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












