Proqnozlar Bürosu: “Martın 15-də havanın temperaturu 4 dərəcəyədək yüksələcək”

"Martın 15-də ölkədə hava şəraiti mülayimləşəcək". Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, martın 13-14-də Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunacaq: "Rayonlarda da hava şəraiti yağıntılı keçəcək, bəzi rayonlarda yağış yağacaq, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Martın15-i gecə və səhər saatlarında yağıntılı hava şəraiti müşahidə olunsa da, günorta saatlarında havanın mülayimləşəcəyi və gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq".
G.Məmmədovanın sözlərinə görə, bu gün və növbəti iki gündə ölkədə cənub-şərq küləyi əsəcək: "Martın 14-ü və 15-i günorta saatlarında küləyin sürəti arabir güclənəcək".
Havanın temperaturuna gəlincə, mütəxəssis bildirib ki, bu gün günorta saatlarında ölkə ərazisində havanın temperaturu 4-6 dərəcə arasında müşahidə olunsa da, martın 15-də tədricən yüksələrək 7-10-dərəcəyə çatacağı gözlənilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












