Proqnozlar Bürosu: "Növbəti günlərdə hava şəraitində ciddi dəyişiklik gözlənilmir"

“Növbəti günlərdə Azərbaycanda müşahidə olunacaq hava şəraitində ciddi dəyişiklik gözlənilmir”. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib. O bildirib ki, yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: “Bəzi yerlərdə duman olacaq”. G.Məmmədovanın sözlərinə görə, mart ayının 14-ü ölkə ərazisində şimal-şərq küləyi əsəcək: “Mart ayının 15-də şimal-şərq küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Küləyin sürəti saniyədə 8-13 metrə çatacaq”. O qeyd edib ki, növbəti günlərdə bölgələrdə də hava şəraiti əsasən yağmursuz olacaq: “Lakin gecə və axşam bəzi cənub və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək”.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












