Prospektdə hərəkət iflic oldu - Sürücülər istirahət etdi - FOTO - VİDEO

Bu gün səhər saatlarından etibarən paytaxtın bir sıra yollarında sıxlıq və tıxac müşahidə edilir.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ən böyük tıxac Xətai rayonu ərazisində - 8 Noyabr prospektində müşahidə olunur.
Belə ki, prospektə çıxan yollarda və prospektin əsas hərəkət zolaqlarında 1 saat yarımdan artıqdır nəqliyyatın hərəkəti dayanıb.
Nəticədə avtobuslarda olan yüzlərlə sərnişin nəqliyyat vasitələrini tərk edərək piyada getmək məcburiyyətində qalıb, avtomobillərin sürücüləri isə maşınları tərk edərək yolun açılacağı vaxtı gözləyir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda 8 Noyabr prospektində təmir işləri aparılır, tıxac da bununla əlaqədardır: “Prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub, hazırda yol birtərəfli bağlanıb”.
Qeyd edək ki, səhər saatlarında DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Ramiz Quliyev küçəsinin 8 Noyabr prospekti ilə kəsişməsində yolun qısamüddətli bağlandığını açıqlamışdı.

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər - YENİLƏNİB
Azərbaycan xalqının 34 ildir sağalmayan yarası – 26 fevral XOCALI FACİƏSİ - FOTOSESSİYA
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb
Sərxoş halda velosiped sürənlər cərimə olunacaq? - VACİB AÇIQLAMA
İlham Əliyev Xocavənd kəndinə köçmüş sakinin evində olub, söhbət edib - FOTO - VİDEO
"Tarixin bir günü", "Elgizlə izlə" və digər verilişlərlə bağlı şikayətlərə - RƏSMİ CAVAB
Ermənistanın dəmir yolları Azərbaycana verilə bilər? - AÇIQLAMA
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Elmlər Akademiyasında maraqsız iclas - Alimlər yatdı - FOTOLAR
“Bolt” Azərbaycanda vəzifəli şəxslər işdən azad edilib – Şirkətdən AÇIQLAMA - VİDEO









