Banner

Prospektdə maşın qəfil xarab oldu; vətəndaşlar kömək etdi - VİDEO

Gündəm 23 Oktyabr 2025 19:30 Oxunub 794
Prospektdə maşın qəfil xarab oldu; vətəndaşlar kömək etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yasamalda avtomobil hərəkət zamanı qəfil dayanıb.
Avtosfer.az xəbər verir ki, bu gün saat 14:15 radələrində paytaxtın İnşaatçılar prospektində avtomobilin nasazlaması ilə bağlı hadisə qeydə alınıb. Belə ki, 77-TS-254 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobil hərəkət zamanı qəfil dayanıb və yolun ortasında qalıb. Yoldan keçən vətəndaşların köməyi ilə nəqliyyat vasitəsi yolun sağ hissəsinə çəkilib. Hadisə zamanı heç bir şəxs xəsarət almayıb və hərəkətdə olan digər nəqliyyat vasitələrinə maddi ziyan dəyməyib. Maşının yolda ilişib qalmasına görə prospektdə qısamüddətli sıxlıq yaranıb.
Qeyd edək ki, paytaxt yollarında bu kimi texniki nasazlıqlar səbəbindən hərəkət məhdudiyyətləri tez-tez yaşanır. Sürücülərə nəqliyyat vasitələrinin texniki baxışına və ümumi istismar qaydalarına diqqətli yanaşmağı tövsiyə edirik. 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh