Prospektdəki divarda Sovet dövrünə aid dekorasiya sökülür? – MEMAR - FOTOSESSİYA

Paytaxtda Sovet dövrünə aid monumental-dekorativ sənət nümunələrinin taleyi yenidən müzakirə mövzusuna çevrilib.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı memar Elçin Əliyev narahatlığını ifadə edib. O bildirib ki, şəhərimizdə həmin dövrə aid monumental-dekorativ sənət nümunələrindən artıq çox az sayda qalıb və mövcud olanlar da xüsusi həssaslıqla qorunmalıdır.
Memarın sözlərinə görə, 8 Noyabr prospekti ilə hərəkət edərkən belə nümunələrdən biri ilə bağlı xoşagəlməz mənzərənin şahidi olub.
“Elə abidələr, monumental pannolar və dekorativ kompozisiyalar var ki, onlar təkcə bir dövrün ideoloji yükünü deyil, həm də həmin zamanın memarlıq-estetik düşüncəsini, sənət baxışını əks etdirir. Bu nümunələri göz bəbəyi kimi qorumaq lazımdır. Lakin bu gün 8 Noyabr prospekti ilə hərəkət edərkən gördüyüm mənzərə məni ciddi şəkildə narahat etdi. Nə baş verir? Yenə də məmur savadsızlığı ucbatından öz tariximizi və mədəniyyətimizi silirik?” – deyə Elçin Əliyev qeyd edib.
Memar vurğulayıb ki, şəhər mühitində aparılan yenidənqurma və abadlıq işləri tarixi-mədəni irsin qorunması prinsipləri ilə uzlaşdırılmalıdır. Onun sözlərinə görə, Sovet dövrünə aid monumental sənət nümunələri şəhərin vizual yaddaşının bir hissəsidir və onların məhv edilməsi gələcək nəsillərin mədəni irsinin itirilməsi deməkdir.
Eltac
Maşınlardakı “Start-stop” funksiyası tarix olur; ABŞ maliyyəni dayandırdı- RƏSMİ
Skuterlərlə bağlı hüquqi tənzimləmə sərtləşməlidir - Ombudsman qanundakı boşluqlardan danışdı
Rusiyanın Ermənistana silah ötürməsi ilə bağlı faktları POLİTOLOQ İFŞA ETDİ - FOTO
Yeni nazir müavinləri kimlərdir? - DOSYE
Daha bir yerüstü keçiddəki vəziyyətdən vətəndaşlar ŞİKAYƏT ETDİ - VİDEO
Emin Hüseynova bu dəfə Hikmət Hacıyevdən şillə kimi cavab - VİDEO
Prezident üçün Serbiyada "Ay Laçın" oxundu - VİDEO
Sabahdan metro və avtobuslarda sıxlıq olacaq - SƏBƏBİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Prezidentin Münxendə keçirdiyi görüşlərlə bağlı paylaşım edilib - FOTO - VİDEO
Prezident milyonlarla şəxsin gözlədiyi AÇIQLAMANI VERDİ - VİDEO

















