Prospektin köməkçi yolunda təmir-tikinti işləri aparılır – FOTO + VİDEO

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılan tədbirlər çərçivəsində Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsinədək olan istiqamətdə sıxlığın azaldılması məqsədi ilə təmir-tikinti işləri aparılır.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində yolun hərəkət hissəsinin eninin böyüdülməsi məqsədi ilə döngə hissələrdə və hərəkət istiqaməti üzrə hər iki tərəfdə genişləndirmə işləri aparılır. Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yerləşən mövcud geri dönmə hissədə də genişləndirmə işləri görülür. Sözügedən işlər çərçivəsində geridönmə hissədə əlavə hərəkət zolağı yaradılır.
Bundan başqa prospektin sözügedən hissəsində sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək məqsədi ilə 1 nöqtədə cib”li hissə yaradılır. Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan işlər tərtib olunmuş qrafikə uyğun yaxın günlərdə tam olaraq yekunlaşdırılacaq.
Namiq
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














