Psixoloq uşağı döydü - Bakıda

Azərbaycanda oğlan övladının qız oyuncaqlarına meyilli olduğunu görən valideynlər onu psixoloqa aparıblar. Psixoloq isə elə valideynlərinin gözləri qarşısındaca uşağı döyüb. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, bu barədə psixoloq Xatirə Səfərova Facebook səhifəsində status paylaşıb. Hazırda uşağın onun yanına gətirildiyini deyən Xatirə Səfərova diqqəti savadsız psixoloqlara yönəldib. "Bir valideyn 5 yaşlı oğlunun qız oyuncaqlarına meylini görüb aparıb psixoloqa. Psixoloq isə valideynlərinin yanında uşağı vurub. Daha sonra məsləhət verib ki, uşağı hər gün döyün. Tapşırın ki, bir də qız oyuncaqları ilə oynasa döyüləcək. Aparın cudoya qoyun. Üzgüçülüyə qoymayın qız kimi fiqurası olar. Peçenye, şirniyyat yeməyə qoymayın. Homoseksuallar şirniyyata meyilli olur. Əlinə rəngli qələm almağa imkan verməyin ki, rəsmə meyli olsun". Psixoloq bildirib ki, uşaqları bu cür savadsız psixoloqların yanına aparmaq olmaz. Bu cür psixoloqlar yaxşıların adını batırır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












