Pul üstündə taksi sürücüsünü öldürən tələbəyə 17 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Ramin Abbaslı və Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəməsi başa çatıb. Avtosfer.az lent.az-a istinadən məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə H.Rüstəmov 17 il müddətinə azadlıqdan məhrum edilib. R.Abbaslıya isə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, qətl keçən il iyun ayında Nabrandakı istirahət mərkəzlərinin birində baş verib.
20 yaşlı Hüseyn Rüstəmov Nabrana tələbə yoldaşları ilə birgə istirahətə gəlibmiş. Orda gənclər əylənmək istəyib. Bu zaman onlar yanlarına qız çağırıblar. Əylənəndən sonra qızın dalınca gələn taksi sürücüsü Famil Məmmədovla aralarında ciddi mübahisə düşüb. Taksi sürücüsü tələbələrdən əlavə pul tələb edib. Münaqişə nəticəsində taksi sürücüsü qətlə yetirilib. Hadisə ilə bağlı Ramin Abbaslı və Hüseyn Rüstəmov saxlanılıb. Hüseyn Rüstəmov Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), Ramin Abbaslı isə 221 (xuliqanlıq) maddəsi ittiham edilib.
Xatırladaq ki, hər iki şəxs Sumqayıt Dövlət Universitetinin tələbələri olub.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












