Putin qatar qəzasının nəticələrinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlərin görülməsini tapşırıb

Rusiya prezidenti Vladimir Putin Moskvanın qərbində elektrik qatarının və sərnişin qatarlarının toqquşmasının nəticələrinin aradan qaldırılması ilə bağlı bütün lazımi tədbirlər görülməsini tapşırıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, hadisə barədə prezidentə dərhal məlumat verilib. "Moskva meri Sergey Sobyanin, FHN başçısı Vladimir Puçkov və Rusiya Dəmir Yollarının prezidenti Oleq Belozerov qəzanın nəticələrinin aradan qaldırılması üçün görülən tədbirlər barədə də dövlətimizin başçısına məlumat veriblər. Putin vəziyyətin aradan qaldırılması üçün bütün zəruri addımları atmağı tapşırıb" – deyə Peskov bildirib. Qeyd edək ki, hadisə Moskva vaxtı ilə saat 23:00 radələrində baş verib. Moskvadan Brest şəhərində hərəkət edən sərnişin qatarı elektrik qatarı ilə toqquşub. İlkin məlumatlara görə, qatarın maşinisti yolu keçən piyadanı vurmamaq əyləci basıb. Bundan sonra toqquşma baş verib.
Nəticədə on bir nəfər xəstəxanaya yerləşdirilib.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












